Mahir Ekstraklasada ilk qolunu bu cür vurdu - VİDEO

20 Sentyabr 2021 00:42 Bizimkilər 861
Mahir Ekstraklasada ilk qolunu bu cür vurdu - VİDEO

Polşa Ekstraklasasında 8-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Mahir Emrelinin komandası "Legiya" "Qurnik"i qəbul edib və qalib gəlib - 3:1.

Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub. O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub.

Bu, Emrelinin Polşa çempionatında ilk qoludur. 24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa super kubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.

"Legiya" bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti