Məşhur rusiyalı məşqçi Mahiri bəyəndi: "Maraqlı hücumçudur"

18 Sentyabr 2021 20:20 Bizimkilər 1 463
Məşhur rusiyalı məşqçi Mahiri bəyəndi: "Maraqlı hücumçudur"

Rusiya millisinin və "Legiya"nın sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan yığmasının futbolçusu Mahir Emrelini fərqləndirib.

Sportinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Moskva "Spartak"ının evdə Varşava təmsilçisinə 0:1 hesabı ilə uduzduğu Avropa Liqasının qrup mərhələsinin I tur oyunu ilə bağlı müsahibəsində fikirlərini bölüşüb.

Çerçesov ilk olaraq "Legiya"nın qapıçısı Artur Boruts haqqında danışıb:

"Öz səviyyəsində çıxış edən Borutsu tərifləməliyəm. Üstəlik, bütün oyunçular çox çalışdılar və bacardıqları qədər mübarizə apardılar. Mahir Emreli maraqlı hücumçudur. Filip Mladenoviç də çox yaxşı idi".

"Legiya" hazırda 3 xalla C qrunda liderdir. İngiltərənin "Lester" və İtaliyanın "Napoli" komandalarının hərəyə bir xalı var. Xalı olmayan "Spartak" isə qrupda sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı