Hamı bir yana, Mahir bir yana: "Vacib qollar vurur"

18 Sentyabr 2021 11:20 Bizimkilər 1 475
Hamı bir yana, Mahir bir yana: "Vacib qollar vurur"

"Klub doğru yoldadır.

Macarıstan "Ferentsvaroş"undan İqor Çartin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Lirim Kastrati kimi vacib oyunçular alınıb.

Bunlar çox yaxşı transferlərdir. Çünki həmin oyunçular əvvəlki klublarında çempionluq uğrunda mübarizə aparıblar və təzyiq onları üstələyə bilməz".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın sabiq futbolçusu İvitsa Vrdolyak Varşava təmsilçisinin Rusiyada Moskva "Spartak"ına 1:0 hesabı ilə qalib gəldiyi Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu barədə "port.tvp.pl" saytına açıqlamasında deyib.

2010 - 2016-cı illərdə paytaxt klubunun formasını geyinmiş 38 yaşlı xorvatiyalı veteran müdafiəçi bu qarşılaşmada bir neçə futbolçunun çıxışını yüksək qiymətləndirib.

O, Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də fərqləndirib: "Bəzi futbolçuların oyununu qeyd etmək olar. Məsələn, bunadək vacib qolları Emreli vurub. Ernest Muçi "Spartak"a qarşı əla oynadı. Kastrati isə öz çıxışını qolla tamamladı".

"Spartak"la oyunda meydana start heyətində çıxan Mahir Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti