"Mahir "Spartak"ın kapitanını yordu, çox qaçmalı oldu"

17 Sentyabr 2021 13:40 Bizimkilər 1 072
"Mahir "Spartak"ın kapitanını yordu, çox qaçmalı oldu"

"Bilirdik ki, rəqib komandanın kapitanı Georgi Cikiya bir qədər yorula bilər.

Çünki o, Mahir Emreli ilə mübarizədə çox qaçmalı olmuşdu".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Rusiyanın paytaxtı Moskvada "Spartak"a 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunundan sonra deyub.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin futbolçusu Emrelinin yaxşı oynadığını bildirib:

"Onun sayəsində Lirim Kastratinin meydana çıxaraq komandasına kömək etməsi üçün ideal an yarandı. Sonradan Tomaş Pexart və Ernest Muçi meydana çıxmağa hazır olduqları ərəfədə Lukinyas və Emreli yaxşı imkan yaratdılar.

Lakin bu, qolla nəticələnmədi. Əvəzetmələrimiz isə bəhrəsini verdi. Futbolçularımız əla kombinasiya yaratdılar və biz qol vurduq".

Oyuna start heyətində başlayan Mahir Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.

24 yaşlı hücumçu 77-ci dəqiqədə fərqlənmək üçün yaxşı fürsət yaxalasa da, başla vurduğu top dirəyə dəyərək qapı xəttini tərk edib. Yeganə qolu isə 90+2-ci dəqiqədə Lirim Kastrati vurub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!