Azərbaycanlı futbolçunun xarici kluba transferi niyə düyünə düşüb?

16 Sentyabr 2021 17:40 Bizimkilər 1 519
Azərbaycanlı futbolçunun xarici kluba transferi niyə düyünə düşüb?

“Milsami”dən ayrıldıqdan sonra klubsuz qalan millimizin sabiq yarımmüdafiəçisi Amit Quluzadənin Yunanıstan klubuna keçidi düyünə düşüb.

Bu barədə Sportinfo.az-a futbolçu öz danışıb:

Sitat: "3-4 gün əvvəl Yunanıstana getmək variantım real idi. Klubun prezidentinə kimi mənə zəng eləmişdi. Hər şeyi razılaşmışdıq.

Sadəcə, rəsmi təklifin göndərilməsi lazım idi. Amma son danışıqdan 3-4 gün keçməsinə baxmayaraq hələ də xəbər yoxdur. Mən də heç zəng eliyib maraqlanmadım. Qismət. Görək bundan sonra nə olur".

Amitlə danışıq aparan klub Yunanıstan ikinci liqasında çıxış edən “Apollon Larissa”dır. Quluzadə daha əvvəl də Yunanıstanda çıxış edib və məhz Larissa şəhərinin eyni adlı təmsilçisində oynayıb.

Onun sonuncu klubu isə Moldovanın “Milsami” komandası olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"