Ağayev Avropa Liqasının qrup oyununa təyinat aldı

13 Sentyabr 2021 18:00 Bizimkilər 597
Ağayev Avropa Liqasının qrup oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Midtüllan” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasını idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur. Görüş sentyabrın 16-da Herninq şəhərində oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”