Fransanı təmsil edən azərbaycanlı diskvalifikasiya olundu

1 Avqust 2021 13:40 Bizimkilər 702
Fransanı təmsil edən azərbaycanlı diskvalifikasiya olundu

Fransanı təmsil edən Azərbaycan əsilli boksçu Murad Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.

Sportinfo.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda hakimlərin qərarına əsasən Böyük Britaniya təmsilçisi Freyzer Klarka uduzub.

İlk raundda referilərdən 3-ü Əliyevin, 2-si isə Klarkın üstün olduğunu bildirib. İkinci hissədə Klarkın qaşı açılıb.

Baş hakim hər iki boksçunu mərkəzə çağırıb və Əliyevin rəqibinə başı ilə xəsarət yetirdiyini söyləyib.

Boksçu isə buna kəskin şəkildə etiraz edib və dişliyi yerə çırpıb. Əliyev hətta sonda kameranı da itələyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı