Mahir az oynadı, “Legiya”nı məğlubiyyətdən xilas edə bilmədi

1 Avqust 2021 00:28 Bizimkilər 1 659
Mahir az oynadı, “Legiya”nı məğlubiyyətdən xilas edə bilmədi

Polşa çempionatında 2-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Radomiak Radom” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 57-ci dəqiqədə meydana buraxılıb.

İki turdan sonra 3 xalı olan “Legiya” 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti