O da əldən çıxdı!

1 Avqust 2021 01:10 Bizimkilər 847
O da əldən çıxdı!

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparıb.

Sportinfo.az xəbər verir ki, boksçu Cavid Çələbiyev (63 kq) 1/8 final görüşünə çıxıb. Ermənistan təmsilçisi Ovanes Baçkovla görüşdə hakimlər qələbəni rəqibə veriblər - 4:1.

Beləliklə, Çələbiyev Tokio-2020-də mübarizəni medalsız başa vurub.

Bununla da olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 24-ə çatıb. Daha 2 idmançı isə medala layiq görülüb. Onlardan biri bürünc medal qazanıb, digəri də ən azı bürünc medalı təmin edib.

Bu isə o deməkdir ki, Azərbaycan Rio-2016 Yay Olimpiya Oyunlarındakı 18 medallıq say rekordunu təkrarlaya bilməyəcək.

Medal qazanan

Cüdo: İrina Kindzerska (+78 kq)

Medalı təmin edən

Boks: Alfonso Dominges (81 kq)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadəxangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Digər Xəbərlər
Xəbər Lenti