Millimizin forvardı iki klubdan maaş almalı oldu – Mükafatı da həmçinin

30 İyul 2021 10:40 Bizimkilər 1 336
Millimizin forvardı iki klubdan maaş almalı oldu – Mükafatı da həmçinin

"Vulherhempton"a məxsus olan Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

"Tondela" 22 yaşlı hücumçunu İngiltərə klubundan 1 illik icarəyə götürüb.

Dünən tibbi müayinədən keçən azərbaycanlı futbolçu bu gün komanda ilə məşqlərə qoşulacaq.

Dadaşovun "Vulherhempton"la müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, 2019-cu ildə icarə əsasında Portuqaliyada - "Pasuş de Ferreyra"da çıxış edib.

Sportinfo.az-ın məlumatına görə, "Tondela" yığmamızın üzvünü güzəştlə heyətinə qata bilib. Belə ki, gənc forvardın aylıq qazancının yarısını İngiltərə klubu ödəyəcək.

Üstəlik, Premyer Liqa təmsilçisi Portuqaliyanın yüksək liqasında vuraacağı hər qola görə ona əlavə mükafat ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!