Azərbaycan millisinin hücumçusu Portuqaliya klubunda

29 İyul 2021 23:40 Bizimkilər 1 735
Azərbaycan millisinin hücumçusu Portuqaliya klubunda

Azərbaycan millisinin və "Vulverhempton"un futbolçusu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu bu ölkənin "Tondela" klubuna keçib.

O, növbəti mövsümü icarə əsasında bu komandada keçirəcək.

"Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan Renat Dadaşov daha əvvəl Portuqaliyada "Eştoril" və "Pakuş de Ferreyra" klublarının da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti