Millimizin hücumçusunu icarəyə götürmək istəyir - Portuqaliya klubu

28 İyul 2021 13:20 Bizimkilər 988
Millimizin hücumçusunu icarəyə götürmək istəyir - Portuqaliya klubu

"Vulherhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını növbəti dəfə Portuqaliyada davam etdirə bilər.

Sportinfo.az "Jornaldocentro" nəşrinə istinadən xəbər verir ki, "Tondela" 22 yaşlı hücumçunu icarəyə götürmək istəyir.

Renat Dadaşovun "Vulherhempton"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda çıxış edib. "Tondela" ölkənin əsas çempionatında mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti