Yapon müğənni Azərbaycan komandasına dəstək istədi - FOTO

27 İyul 2021 21:20 Bizimkilər 567
Yapon müğənni Azərbaycan komandasına dəstək istədi - FOTO

Yaponiyanın tanınmış caz ifaçısı Kyoko Yamamoto yutub kanalı vasitəsilə pərəstişkarlarını Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığma komandasını dəstəkləməyə çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sportinfo.az-a verilən məlumata görə, Yaponiya - Azərbaycan Dostluq Mərkəzinin müğənni ilə birgə layihəsi əsasında ərsəyə gələn videoçarx "Mən Azərbaycan komandasını dəstəkləyirəm! Sizi Tokio Olimpiya Oyunlarında fəal iştiraka çağırıram. Yaşa, yaşa, Azərbaycan!" sözləri ilə başlayır.

Sonra Kyoko Yamamotonun və onun rəhbərlik etdiyi xorun ifasında Dövlət Himni azərbaycanca (yapon dilində titrlə) səslənir.

Himnin ifası zamanı müğənninin Yaponiyada yaşayan azərbaycanlı dostları ilə birlikdə fotoları, Azərbaycanın və paytaxt Bakının füsunkar mənzərələri, zəfər sevincini əks etdirən fotolar və s. nümayiş olunub.

Repertuarına Azərbaycan mahnılarını daxil edən yapon müğənni öz ölkəsində "Made in Azərbaycan" brendli məhsulların aktiv təbliğatçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti