“Mahir bir neçə dəfə məndən soruşdu, məsləhət gördüm ki...”

19 İyul 2021 20:40 Bizimkilər 1 116
“Mahir bir neçə dəfə məndən soruşdu, məsləhət gördüm ki...”

"Etiraf edim ki, Mahir bir neçə dəfə mənim fikrimi soruşdu. Təəccüblü deyil, çünki biz iki il birlikdə oynamışıq”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ” və “Legiya”nın sabiq müdafiəçisi Yakub Jezniçaka məxsusdur.

Millimizin hücumçusunun "Legiya"ya gələnədək Rusiya, Türkiyə və Portuqaliyadan təkliflərinin olduğunu deyən 35 yaşlı polşalı oyunçu onun Varşava təmsilçisini seçməsinin səbəbini açıqlayıb:

“Hələ ilk danışığımız zamanı ona "Legiya"ya keçməsini məsləhət gördüm. Dedim ki, bu, çılğın azarkeşləri olan əla klubdur.

Onun üçün burada hər şey çox yaxşı olacaq. Bundan başqa, "Legiya"nın da "Qarabağ"ın üslubunda oynadığını bildirdim.

Hər iki komanda öz liqalarında dominantlıq edir, hücum futbolu sərgiləyir. Bu isə ön xətt oyunçularına böyük imkanlar yaradır. Mahir effektli oyunçudur".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!