"Legiya"nın baş məşqçisi yenə Mahir Emrelidən danışıb

24 İyun 2021 14:20 Bizimkilər 1 149
"Legiya"nın baş məşqçisi yenə Mahir Emrelidən danışıb

“Mahir Emreli ikinci hücumçu mövqeyində daha rahatdır, daim boşluq axtarır, açıq sahəyə çıxır. Mahir bu gün (dünən-red) kənara qaçaraq, topla çox təmin olunmadığı üçün geri çəkilib-çəkilməyəcəyini soruşdu".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Rusiya "Krasnodar"ı ilə yoxlama oyunundan (1:1) sonra millimizin üzvü Mahir Emreli haqda klubun saytına danışarkən deyib.

O, Polşa təmsilçininin yeganə qolunu vuran 24 yaşlı hücumçunu tərifləyib: "Mahir futbol oynamağı sevir. Ancaq o, geri gəlsə, hücumda heç kim qalmayacaq. Buna görə də həll yolları tapmalıyıq ki, onu irəlidə daha bir oyunçu gözləsin. O zaman oynamaq daha rahat olacaq, daha çox qol vuracaq və bacarıqlı olduğu üçün oyun quracaq”.

Qeyd edək ki, M.Emreli bundan əvvəl Avstriyanın "Bişofshofen" klubunu 5:0 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?