“Neftçi”dən pula görə ayrıldı, bəs yeni klubunda nə qədər qazanacaq?

20 İyun 2021 11:40 Bizimkilər 2 791
“Neftçi”dən pula görə ayrıldı, bəs yeni klubunda nə qədər qazanacaq?

“Neftçi”dən ayrılan Anton Krivotsyukun “Visla”a keçidi iyunun 16-da rəsmiləşdi.

Plosk klubu milliləşdirilmiş müdafiəçi ilə 2 illik müqavilə imzaladı. O, “Visla”da 5 nömrəli forma ilə çıxış edəcək.

“Neftçi” ilə müqaviləsi bitən 23 yaşlı futbolçu ötən mövsüm 21 oyunda 2 qol vurub. O, müqavilənin maliyyə şərtlərini razılaşdıra bilmədiyi üçün "ağ-qaralar"la anlaşmanın müddətini uzatmayıb.

Beləliklə, "Neftçi"dən ayrılan futbolçuların sayı 6-ya çatıb. Azərbaycan çempionu Krivotsyuka qədər Səlahət Ağayev, Keysuke Honda, Rener Alves, Bruno Teluşi və Ahmed Ahmedovla yollarını ayırıb.

Antonun Polşa klubu ilə müqavilə şərtlərinə gəlincə o, heç də pis qazanmayacaq. “Visla” ukraynalıya illik olaraq 100 min avro ödəyəcək. Komanda Polşada mövsümü hər hansı tutul və yaxud medalla başa vurarsa, Plosk təmsilçisi ona daha 25 min avro ödəyəcək.

Antonun “Neftçi”dən ayrılmaq səbəbi də maliyyəyə söykənir. Buna kimi ayına 8000 dollar alan müdafiəçi “ağ-qaralar”dan son olaraq illik 120 min dollar tələb edirdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı