Ceyhun Sultanov Türkiyə millisinin məşqçisi ilə görüşdü - FOTO

19 İyun 2021 09:40 Bizimkilər 517
Ceyhun Sultanov Türkiyə millisinin məşqçisi ilə görüşdü - FOTO

«Neftçi» və «Keşlə»nin sabiq idman direktoru Ceyhun Sultanov Bakıda Türkiyə millisinin məşqçisi Bayram Bektaşla görüşüb.

Onlar komandanın məskunlaşdığı məkanda bir araya gəlib.

Keçmiş klub funksioneri Sportinfo.az-a açıqlamasında Şenol Günəşin yardımçısı ilə görüşün ziyarət xarakteri daşıdığını, Bektaşla uzun illərdir dost olduğunu bildirib:

«Onunla uzunmüddətli münasibətimiz var. Yaxşı mütəxəssis və insandır. Vaxtilə «Beşiktaş», «Kayserispor» və «Göztəpə»də çalışıb.

Türkiyəyə səfərlərim vaxtı dəfələrlə onunla görüşmüşəm. Bayram bəylə çalışmağa dəyər.

Açığı, Türkiyə millisinin Avropa çempionatında belə zəif çıxış etməsi haqda ondan heç nə soruşmadım.

Özü İtaliya və Uelslə oyunlardan danışdı, hər iki rəqibə qalib gəlməyin mümkün olduğunu dedi, nəticələrdən təəssüfləndiyini qeyd etdi.

Şenol Günəşi də görüşmək istərdim, lakin onu orada görmədim. Deyəsən, öz otağında futbolçularla fərdi söhbət edirdi».

Digər Xəbərlər
Xəbər Lenti