"Polşaya gələndə bayrağımızı özümlə gətirmişdim ki..." - azərbaycanlı futbolçu

18 İyun 2021 20:20 Bizimkilər 1 009
"Polşaya gələndə bayrağımızı özümlə gətirmişdim ki..." - azərbaycanlı futbolçu

Azərbaycanlı futbolçu Fuad Bayramov Polşada region kubokunun qalibi olub.

Onun çıxış etdiyi KSZO klubu kubokun finalında “Çarni” komandası ilə qarşılaşıb.

KSZO-nun 4:3 qalib gəldiyi görüşdə Fuad 20-ci dəqiqədə möhtəşəm qola imza atıb. Bayramovun cərimə meydançasının kənarından vurduğu zərbə "doqquzluğ"a gedib. Bu onun Polşada yeddinci qolu olub.

26 yaşlı yarımmüdafiəçi fevral ayından Polşa klubuna transfer olunub. Bayramov qazanılan uğur, vurduğu qol barədə Sportinfo.az-a danışıb:

"Çox ağır oyun keçdi. Finaldakı rəqibimiz də çox yaxşı komandaydı. Çempion olmağımıza, həqiqətən, çox sevinirəm.

Çünki ölkə xaricində qazandığım ilk kubokdur. Polşaya gələndə bayrağımızı özümlə gətirmişdim. Kubok qazanıb, meydana bayrağımızla çıxmağı çox istəyirdim.

Arzum həyata keçdi. Buna çox sevinirəm. Allaha şükürlər olsun ki, qol vurmağı da bacardım. Ən azından çempionluqda mənim də köməyim oldu".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda