Azərbaycanlı beynəlxalq federasiyanın prezidenti seçildi

19 İyun 2021 01:10 Bizimkilər 970
Azərbaycanlı beynəlxalq federasiyanın prezidenti seçildi

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

Sportinfo.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən qərargahında keçirilən seçkidə A.Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.

O, yeni vəzifəsi ilə bağlı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinə açıqlamasında tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə - Milli Qurtuluş Gününə və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri günə təsadüf etməsindən qürur duyduğunu bildirib.

Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti vəzifəsinə 5 il müdddətinə seçilib. Beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!