Mahir "Legiya"da het-trik etməsindən danışdı: "MƏMNUNAM"

18 İyun 2021 13:20 Bizimkilər 880
Mahir "Legiya"da het-trik etməsindən danışdı: "MƏMNUNAM"

"Hər şeydən əvvəl kollektivə uyğunlaşmaq və komanda yoldaşlarımı tanımaq mənim üçün vacib idi.

İlk oyunda 3 qol vurdum. Bundan məmnunam, amma dediyim kimi ən başlıcası uyğunlaşmaq və bir-birimizi meydanda yaxşı başa düşməkdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Legiya"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə yoxlama matçında het-trik etməsi barədə danışarkən deyib.

24 yaşlı hücumçu bildirib ki, yeni komandası ilə birlikdə ilk görüşdə yaxşı təsir bağışlayıblar:

"Rəqibimiz güclü deyildi. Amma bizə qarşı mübarizə apardı, xarakter göstərdi. Belə davam etsək, gələcəkdə yaxşı nəticələr əldə edəcəyik".

"Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti