AFFA-nın icraçı vitse-prezidenti Kardaşla görüşdü - FOTO

14 İyun 2021 23:00 Bizimkilər 450
AFFA-nın icraçı vitse-prezidenti Kardaşla görüşdü - FOTO

Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının baş katibi Kadir Kardaşla görüşüb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Məmmədov Avropa çempionatında Türkiyə millisinin oyunları ilə əlaqədar Bakıda səfərdə olan TFF nümayəndələrini salamlayıb, qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Kadir Kardaş görüşə və xoş arzulara görə minnətdarlığını bildirib.

AVRO-2020-nin A qrupunda Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki oyun saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?