Azərbaycanlı hücumçu yeni getdiyi klubdan ayrıldı

14 May 2021 13:40 Bizimkilər 848
Azərbaycanlı hücumçu yeni getdiyi klubdan ayrıldı

Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə "feysbuk"da paylaşım edib.

O, hər şey üçün kluba təşəkkür etdiyini yazıb. Novruzov çempionluğu hədəflədiklərini, lakin buna nail olmadıqlarını bildirib.

Nurlan Novruzov "Lalitpur Siti"yə aprelin 16-da keçib. O, Nepal Super Liqasında 7 oyuna çıxıb və 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti