"Çətin ki, Bakıya gələ bilim"

13 May 2021 23:20 Bizimkilər 559
"Çətin ki, Bakıya gələ bilim"

"Bu, mənim üçün çox maraqlıdır".

Sportinfo.az xəbər verir ki, Rusiyanın əslən azərbaycanlı fiqurlu konkisürəni Dmitri Əliyev belə deyib.

2020-ci ildə Avstriyanın Qrats şəhərində keçirilmiş Avropa çempionatında fərdi proqramda qızıl medal qazanan 22 yaşlı idmançı Bakıya turist kimi gəlməyi çox istədiyini diqqətə çatdırıb.

O, şəhəri gəzmək, tarixi ilə tanış olmaq, əcdadlarının yaşadıqları yerlərə baxmaq niyyətində olduğunu söyləyib:

"Amma belə bir formatda və bu yay, çətin ki, Bakıya səfərim baş tutsun. Ola bilsin, idmançı karyeram başa çatdıqdan sonra Bakıya hərtərəfli turist proqramı ilə yollana biləcəm".

Digər Xəbərlər
Xəbər Lenti