Uşağına Polad və Xudayar adı qoyanların sayı artıb

4 May 2021 12:30 Bizimkilər 497
Uşağına Polad və Xudayar adı qoyanların sayı artıb

2021-ci ildə yeni doğulan 99 uşağa Polad adı qoyulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin adlar üzrə elektron statistika bölməsində qeyd olunub.

Bundan əlavə, cari ildə yeni doğulan 18 körpəyə isə Xudayar adı verilib.

Ötən il isə ümumilikdə 3 nəfərə Xudayar, 193 uşağa isə Polad adı qoyulub.

Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra məşhurlaşıb.

Xudayar adı isə Vətən müharibəsi zamanı "Vətən yaxşıdır…" təsnifi ilə məşhurlaşan şəhid gizir Xudayar Yusifzadənin adıyla bağlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı