Almaniya klubu millimizin yarımmüdafiəçisini istədi

3 May 13:00 Bizimkilər 821
Almaniya klubu millimizin yarımmüdafiəçisini istədi

Son 1 ildə Azərbaycan millisinə çağırılmayan Dmitri Nazarov Almaniyada klubunu dəyişə bilər.

Sportinfo.az-ın məlumatına görə, yarımmüdafiəçi «Paderborn»dan təklif alıb.

İki mövsümdür «Aue»nin formasını geyinən 31 yaşlıı oyunçunun hazırkı klubu ilə müqaviləsi gələn ilin yayıında başa çatacaq.

Ancaq «Paderborn» ümid edir ki, yığmaamızın eks üzvü onların dəvətini geri çevirməyəcək. Çünki Nazarov bu il «Aue»də özünü lider olaraq hiss etmir və əvvəlki kimi vaxtının çoxunu meydanda keçirmir.

«Paderborn» 31 turdan sonra II Bundesliqada 43 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. «Aue» isə 41 xalla 11-ci sırada yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti