Şəhidimiz Masallıda dəfn edildi - VİDEO

19 Aprel 2021 17:10 Bizimkilər 481
Şəhidimiz Masallıda dəfn edildi - VİDEO

Altı ay komada qalandan sonra bu gün şəhid olan Vətən müharibəsi iştirakçısı Nurlan Əbilovun cənazəsi Masallı rayonuna gətirilib.

Sportinfo.az xəbər verir ki, qəhrəmanımız doğulduğu Ağakişibəyli kəndində torpağa tapşırılıb.

N. Əbilov bu gün səhər saat 7:00-da şəhidlik zirvəsinə yüksəlib.

Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən itirib, anası isə 4 il öncə rəhmətə gedib.

O, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb.

Yaralanandan da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb. Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı