Yığımamızın hücumçusu Ukraynada dubl etdi, bombardirlərə çatdı

17 Aprel 2021 17:49 Bizimkilər 1 953
Yığımamızın hücumçusu Ukraynada dubl etdi, bombardirlərə çatdı

"Minay"da çıxış edən Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Premyer Liqanın XXII turunun "Desna" ilə ev oyununda dubl edib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu 3:1 hesabı ilə qalib gəldikləri matçın 23 və 39-cu dəqiqələrində fərqlənib.

Əvvəlcə penaltidən hesabı açan Nuriyev 16 dəqiqə sonra komandanın digər azərbaycanlı futbolçusu Rüstəm Əhmədzadənin məhsuldar ötürməsi ilə fərqi 2 topa çatdırıb.

50-ci dəqiqədə isə onun özü məhsuldar ötürmə müəllifi olub. Bu, forvardın cari mövsüm Ukrayna çempionatında 10-cu qolu olub.

Nuriyev bu göstərici ilə Vladislav Kulaç ("Vorskla") və Viktor Tsıqankovla ("Dinamo", Kiyev) birlikdə bombardirlik yarışında ilk 3 sıranı bölüşdürür.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran "Minay" 12-ci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti