Özünü Di Nataledən üstün sayan azərbaycanlı futbolçu kimdir?

17 Aprel 2021 16:00 Bizimkilər 802
Özünü Di Nataledən üstün sayan azərbaycanlı futbolçu kimdir?

İtaliya yığmasının sabiq futbolçusu, bir klubun əfsanəsinə çevrilən Antonio Di Natale özünə iş tapıb.

Harda? İtaliyanın C seriyasında. Təxminən, bizim regional liqamızda.

Klubun adını yazaq, görək kiməsə tanış gələcək - "Karrareze". C seriyasında 20 komanda arasında 15-ci yerdədir.

Antonio o komandaya niyə gedib?

Özünü təsdiq etmək üçün, yəqin ki. Bununla işimiz yox. İşimiz onunla ki, indi gəl karyerasını bitirən hansısa azərbaycalı futbolçuya region liqasında yox, birinci dəstədə baş məşqçi olmağı təklif et.

Adamın təklifini özünə yedirdərlər. O şəxslər ki, onlar futbolçu kimi Antonionun nəinki əlinə, heç ayağına da su tökməyə layiq deyillər.

Amma siz onların iddialarına bir baxın. Karyeralarını bitirən kimi yığmanın baş məşqçisi olmağı arzulayırlar.

Arzusu ilə potensialı tərs mütənasib olan yarımçıq futbolçular. Azərbaycanda futbolun şikəst olmasının bir səbəbi də iddiası potensialından çox-çox böyük olan yarımçıq futbolçu olmuşların hikkəsidir.

Bu hikkənin isə dərmanı yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti