Əsrlərə, düşmənlərə sinə gərən körpünün ətəyində - Xudafərindən VİDEO

17 Aprel 2021 15:50 Bizimkilər 787
Əsrlərə, düşmənlərə sinə gərən körpünün ətəyində - Xudafərindən VİDEO

Azərbaycan dövlət televiziyası (AzTV) özünün populyar proqramının - "Əsas məsələ"nin növbəti buraxılışını işğaldan azad olunmuş torpaqlarımızda - Xudafərin körpüsünün ətəyində çəkib.

Zəngilan və Cəbrayıl rayonlarının qovşağında, Araz çayının üzərində tikilmiş, 10 əsrə yaxın yaşı olan, Azərbaycanın quzeyi ilə güneyini, eləcə də vaxtilə iki böyük imperiyanı (Rusiya və İran) bir-birilə birləşdirən Xudafərin körpüsü bu gün həm tarixi-memarlıq abidəsidir, həm də artıq işğaldan azad olunuş torpaqlarımızın, bərpa edilmiş dövlət sərhədimizin simvollarından biridir.

Bu mənada AzTV-nin həmin məkanda veriliş çəkməsinin mənası böyükdür.

Sözügedən verilişdə politoloqlar, araşdırmaçı jurnalistlər qonaq olublar, istər Xudafərin körpüsü ilə, istərsə də II Qarabağ savaşı ilə bağlı fikirlərini ictimaiyyətə açıqlayıblar.

"Əsas məsələ"nin Xudafərin buraxılışına aşağıda baxa bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu