Azərbaycanlı futbolçu “Ekselsior”a yol tapdı

17 Aprel 2021 12:40 Bizimkilər 627
Azərbaycanlı futbolçu “Ekselsior”a yol tapdı

Niderland II liqasında XXXIV turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Telstar” ev matçına çıxıb.

“Ekselsior”la görüş Ozan Canın fərqlənməsi ilə əlamətdar olub. O, 1:1 hesabı ilə nəticələnən qarşılaşmanın 38-ci dəqiqəsində hesabı açıb. 23 yaşlı yarımmüdafiəçi 70-ci dəqiqədə əvəzlənib.

Bu, Ozan Canın Niderland təmsilçisində 2-ci qoludur. “Telstar” isə hazırda 40 xalla 11-ci pillədə qərarlaşır.

Müqavilə ilə “Sabah”a məxsus olan Ozan Can Kökçü “Telstar”a mövsümün sonunadək icarəyə verilib.

Digər Xəbərlər
Xəbər Lenti