Nurlan Novruzov Nepalda belə qarşılandı - FOTO

15 Aprel 2021 20:20 Bizimkilər 1 254
Nurlan Novruzov Nepalda belə qarşılandı - FOTO

Azərbaycanlı futbolçu Nurlan Novruzovun karyerasını Nepalda davam etdirəcəyini xəbər vermişdik.

Sportinfo.az-ın məlumatına görə, 28 yaşlı hücumçu “Maçxindira” klubunun heyətinə qoşulmaq üçün artıq Nepala çatıb.

Azərbaycanlı futbolçunu hava limanında klubun prezidenti qarşılayıb və otelə kimi müşayiət edib.

Xatırladaq ki, Novruzov mövsümün sonuna qədər Nepal klubunda çıxış edəcək.

O, karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada “Narva Trans” kimi klublarda forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"