Müdafiə Nazirliyinin bölgələrdəki ərzaq anbarları yenidən quruldu - VİDEO

15 Aprel 2021 12:10 Bizimkilər 412
Müdafiə Nazirliyinin bölgələrdəki ərzaq anbarları yenidən quruldu - VİDEO

Mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb.

Sportinfo.az xəbər verir ki, burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tez xarab olan ərzaqların saxlanılması üçün 200 tonluq soyuducu kamera, quru ərzaqların saxlanılması üçün ümumi tutumu 1000 ton olan saxlanc, kartof və tərəvəzlərin saxlanılması üçün isə ümumi tutumu 200 tonluq saxlanc və toxunulmaz ehtiyat ərzağının saxlanılması üçün 140 ton tutumu olan saxlanc binası mövcuddur.

Bundan əlavə, ərazidə quru ərzaqların saxlanılması üçün soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab olan ərzaqların saxlanılması üçün 200 tonluq saxlanc binası inşa edilib.

Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!