Hərbçilərin maaşlarına əlavələr barədə daha bir... Yanvar və fevral ayları üçün ...

3 Mart 2021 09:50 Bizimkilər 3 653
Hərbçilərin maaşlarına əlavələr barədə daha bir... Yanvar və fevral ayları üçün ...

Müdafiə nazirinin hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilməsinə dair əmri cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil ediləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti