İki gün öncə müqavilə imzaladı və qəfil geri döndü

24 Fevral 2021 09:20 Bizimkilər 417
İki gün öncə müqavilə imzaladı və qəfil geri döndü

"Ventspils" ilə 2 illik müqavilə bağlayan Orxan Qurbanlı dünən Türkiyədən Azərbaycana qayıdıb.

Sportinfo.az-ın məlumatına görə, müdafiəçi qarşıdakı 2 gün ərzində sənəd problemini həll etməlidir.

Bu məqsədlə vətənə dönən 26 yaşlı futbolçu başqa bir çətinliklə qarşılaşmasa, martın 1-də Moldovaya yollanacaq.

"Neftçi"nin yetirməsi, son 4 ili "Səbail"də keçirmiş ikinci dəfə ölkə xaricində çıxış edəcək. Anlaşmaya əsasən, o, qarşıdakı 4 ayda icarə əsasında Moldovada - "Dinamo-Avto"da çıxış edəcək.

Orxan Qurbanlı 2016-ci ildə icarə əsasında 6 ay Latviyada - "Dauqavpils"in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti