Xarici klub yeni müqavilə bağladığı azərbaycanlı futbolçunu niyə icarəyə verib?

23 Fevral 2021 17:40 Bizimkilər 1 009
Xarici klub yeni müqavilə bağladığı azərbaycanlı futbolçunu niyə icarəyə verib?

Dünən xəbər verdiyimiz kimi, "Neftçi"nin yetirməsi, son 4 ili "Səbail"də keçirmiş Orxan Qurbanlı ikinci dəfə ölkə xaricində çıxış edəcək.

26 yaşlı müdafiəçi Latviyanın tanınmış klubu "Ventspils" ilə 2 illik müqavilə bağlayıb.

Anlaşmaya əsasən, o, qarşıdakı 4 ayda icarə əsasında Moldovada - "Dinamo-Avto"da çıxış edəcək.

Orxan Qurbanlı 2016-ci ildə icarə əsasında 6 ay Latviyada - "Dauqavpils"in formasını geyinib. Futbolçunun agenti Erkin İbrahimov bu keçidin təfərrüatı barədə Sportinfo.az-a danışıb:

"Orxan əvvəllər Latviyada çıxış etdiyindən, onu tanıyırdılar. "Ventspils" təklif elədi ki, baxışa gəlsin.

Moldovalı baş məşqçiləri Viorel Frunze elə birinci yoxlama oyunundaca Orxanı bəyəndi. Çağırıb dedi ki, oyunundan xoşum gəldi, bizə lazım olacaqsan.

Bəs niyə "Ventspils" onu Moldova klubuna icarəyə verdi? «Şengen vizası» tələb edən ölkələrə giriş hazırda çox çətindir.

Bu da pandemiyaya görədir. Hətta ölkəyə giriş sənədi aldığın halda, işçi vizası almaq uzun prosesdir, müddət çox çəkir.

Latviyada çempionat artıq martda başlayacaq, ovaxtadək isə sənəd problemini həll etmək qeyri-mümkündür. Arada boş vaxt itirilməsin deyə, məsləhət oldu ki, "Dinamo-Avto"ya getsin.

Deyəsən, iki klub rəhbərliyi arasında yaxın münasibətlər var. Orxan iyununun sonunadək orada qalacaq. Həmin vaxtadək sərhədlər açılar, sənədləri yoluna qoymaq olar.

Ümumiyyətlə, bundan sonra nəyin necə olması pandemiyaya görə veriləcək qərarlardan asılıdır. İndi isə Orxan Moldovada oyun praktikası qazanacaq.

Ora getmək Latviyaya yollanmaqdan qat-qat asandır. Klubla müqavilə bəsdir ki, Moldova ərazisinə buraxılsın».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"