Əliyar Ağayev idarə etdi, Əmir Ağayev məğlubiyyətdən qurtardı - VİDEO

21 Fevral 2021 10:40 Bizimkilər 902
Əliyar Ağayev idarə etdi, Əmir Ağayev məğlubiyyətdən qurtardı - VİDEO

Yunanıstan Super Liqasında 23-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev VAR sisteminin tətbiq edildiyi “Atromitos” – AEL Larissa qarşılaşmasında baş hakim olub.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Atromitos"un yeganə qolunu 76-cı dəqiqədə Əmir Ağayev vurub.

AFFA-nın milliləşdirməyə çalışdığı "Sumqayıt"ın keçmiş futbolçusu fərlqənməklə komandasını məğlubiyyətdən xilas edib. O, meydana 61-ci dəqiqədə daxil olub.

Əliyar Ağayev qarşılaşmada ümumilikdə 5 sarı vərəqə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti