Niderland klubunda debüt edən millimizin futbolçusu - VİDEO

24 Yanvar 2021 14:00 Bizimkilər 778
Niderland klubunda debüt edən millimizin futbolçusu - VİDEO

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın "Telstar" klubunda debütü gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi I Divizionun XXI turunda AZ klubunun əvəzedici komandası ilə görüşdə iştirak edib.

Kökçü 67-ci dəqiqədə meydana daxil olub. Qarşılaşma 2:2 bitib. "Telstar" bu nəticədən sonra 21 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.

"Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu