SON DƏQİQƏ! Azərbaycanlılar Xankəndinə köç üçün birləşir

24 Yanvar 2021 09:00 Bizimkilər 4 823
SON DƏQİQƏ! Azərbaycanlılar Xankəndinə köç üçün birləşir

Azərbaycanda bir qrup gənc Xankəndiyə qayıdışla bağlı sosial imzaya start verib.

Sportinfo.az xəbər verir ki, yaradılan qrupda "Xankəndi bizimdir, Sən də qoşul!" devizi altında imza toplanmağa başlanılıb.

Bu məqsədlə sosial şəbəkələrdə Xankəndi bizimdir qrupu yaraılıb. Həmin qrupda Xankəndinin Azərbaycana məxsus olması tarixi faktlarla təqdim olunacaq.

Həmçinin qrup Xankəndinə qayıdacaq azərbaycanlılara dəstək üçün nəzərdə tutulub. Hər kəsi bu qrupa qoşulmağa və Xankəndinə böyük köç üçün birləşməyə çağırıq.

Qrup üzvləri bu işdə Dövlətə dəstək olmaq üçün birləşməyin vacibliyini qeyd edərək çağırış ediblər.

Digər Xəbərlər
Xəbər Lenti