Azərbaycan ordusunun şəhid olan 2 əsgəri Gəncədə dəfn edildi - FOTOLAR

21 Yanvar 2021 14:10 Bizimkilər 3 426
Azərbaycan ordusunun şəhid olan 2 əsgəri Gəncədə dəfn edildi - FOTOLAR

Vətən müharibəsində şəhid olan Kazımov Xuduş Həsən oğlu və Məmmədov İlkin Cəmil oğlu Gəncədə dəfn olunub.

Sportinfo.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun 2 əsgəri - 1988-ci il təvəllüdlü Kazımov Xuduş Həsən oğlu və 1992-ci il təvəllüdlü Məmmədov İlkin Cəmil oğlunun nəşi Gəncə şəhərinə gətrilib.

Hər iki şəhidlə onların yaşadığı evdə vida mərasimi keçrilib.

Daha sonra şəhidlər Gəncədəki Şəhidlər xiyabanına aparılıb. Şəhidlərlə vida mərasimində ailəiləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhidlər X.Kazımov və İ.Məmmədov Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

X.Kazımov və İ.Məmmədov Vətən müharibəsində itkin düşən 50 hərbçilərdən idi.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı