“Mən bağırmaq, qışqırmaq tərəfdarı deyiləm“ – Yığmamızın qapıçısı

21 Yanvar 2021 11:20 Bizimkilər 600
“Mən bağırmaq, qışqırmaq tərəfdarı deyiləm“ – Yığmamızın qapıçısı

“Öz məşq metodum var, yaxşı məşqçilərdən - mərhum Sergey Kramarenkodan, eyni zamanda Nikolay Qontaryadan və Vyaçeslav Çanovdan çox şey öyrənmişəm“.

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin qapıçılar üzrə məşqçisi Dmitrii Kramarenkoya məxsusdur.

Bugündərdə Moskva MOİK-ində də işə başlayan çalışdırıcı özünəməxsus məşq metodunun olduğunu söyləyib: “Onlar təcrübələrini mənə ötürüblər.

Məşqçiliyə başlayanda Minsk, Riqa, İstanbulda çoxsaylı kurslara qatılmışam. Müasir futbolun yeniliklərini öyrənmək baxımından çox maraqlı idi.

Çox adam xarakterimi bilir. Mən bağırmaq, qışqırmaq tərəfdarı deyiləm. Tənqid və tələbdən daha çox şey göstərir və soruşuram. Çoxları bu üslubu bəyənməyə bilər, amma bunun xeyrini çox görmüşük”.

Digər Xəbərlər
Xəbər Lenti