SON DƏQİQƏ! İtkin düşmüş iki şəhidimiz tapılıb - VİDEO

21 Yanvar 2021 00:56 Bizimkilər 3 965
SON DƏQİQƏ! İtkin düşmüş iki şəhidimiz tapılıb - VİDEO

Sportinfo.az xəbər verir ki, Vətən müharibəsində şəhid olan daha iki əsgərimiz Gəncədə dəfn olunub.

APA TV-nin yerli bürosunun məlumatına görə, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ordumuzun 2 əsgəri - 1988-ci il təvəllüdlü Kazımov Xuduş Həsən oğlu və 1992-ci il təvəllüdlü Məmmədov İlkin Cəmil oğlunun nəşi Gəncə şəhərinə gətirilib.

Hər iki şəhidlə onların yaşadığı evdə vida mərasimi keçirilib.

Daha sonra şəhidlər Gəncədəki Şəhidlər xiyabanına aparılıb. Şəhidlərlə vida mərasimində ailələri, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Hər iki şəhid Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xuduş Kazımov və İlkin Məmmədov Vətən müharibəsində itkin düşən 50 hərbçidən idi.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı