"Burada maraqlı 6 ay keçirəcəm, keyfiyyətli komandaya gəlmişəm"

20 Yanvar 2021 20:40 Bizimkilər 585
"Burada maraqlı 6 ay keçirəcəm, keyfiyyətli komandaya gəlmişəm"

"Yenidən Niderlanda qayıtdığım üçün şadam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ozan Can Kökçü "NH Sport" nəşrinə açıqlamasında icarə əsasında "Telstar"a keçidi barədə danışarkən deyib.

Türkiyə əsilli yarımmüdafiəçi sözügedən komandanı seçməsinin səbəbini açıqlayıb. 23 yaşlı oyunçu bunu "Telstar"ın əla futbol sərgiləməsi ilə əlaqələndirib:

"Keyfiyyətli komandaya gəlmişəm. Gənc yaşlarımda Niderlanda oynadığım üçün bu klubu yaxşı tanıyıram. Burada maraqlı 6 ay keçirəcəm".

"Sabah" Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib. Kökçü yenidən Niderland çempionatında çıxışının onun inkişafına müsbət təsir edəcəyini vurğulayıb:

"Öz klubumda da şans qazanırdım. Amma yenidən buradakı meydançalarda oynamaq üçün "Telstar"ı seçdim. Düşünürəm ki, çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edə bilər. Bu komandaya keçmək düşünülmüş addım idi".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı