Prezident: "Bu kənd uğrunda şiddətli döyüşlər gedib" - VİDEO

17 Yanvar 2021 10:50 Bizimkilər 467
Prezident: "Bu kənd uğrunda şiddətli döyüşlər gedib" - VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan Şuşa şəhərinə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

Sportinfo.az xəbər verir ki, videogörüntülərdə sükan arxasında oturan dövlət başçısı deyir:

"İndi isə Füzulidən Xocavənd rayonuna gedirik.Ondan sonra da Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır. Gözəl vüqarlı dağlar, dağların başında qar.

Gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi isə Füzuli şəhərinə bitişik olan kənddir və Füzuli şəhəri azad olunanda Şəkərcik kəndi uğrunda da şiddətli döyüşlər gedib", - prezident bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda