Prezident və birinci xanım Cıdır düzündə - FOTOLAR

16 Yanvar 2021 21:10 Bizimkilər 412
Prezident və birinci xanım Cıdır düzündə - FOTOLAR

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşanın Cıdır düzündə olublar.

Sportinfo.az xəbər verir ki, bu dövlət başçısının Şuşa şəhərinə səfəri çərçivəsində baş tutub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə ətraf mənzərəni müşahidə ediblər, xatirə fotosu çəkdiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Digər Xəbərlər
Xəbər Lenti