Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb

16 Yanvar 2021 09:00 Bizimkilər 339
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub.

Sportinfo.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəlağayıya bükdüyü “Qurani-Kərim”i məsciddə Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı müqəddəs kitabı öpərək onu məsciddə xüsusi yaradılmış guşəyə qoyub.

Daha sonra dualar edilib.

Digər Xəbərlər
Xəbər Lenti