İtkin düşən daha bir zabitimizin şəhid olduğu müəyyənləşdi - FOTO

15 Yanvar 2021 19:30 Bizimkilər 520
İtkin düşən daha bir zabitimizin şəhid olduğu müəyyənləşdi - FOTO

Vətən müharibəsində itkin düşən kapitan Elnur Cəbrayılovun şəhid olduğu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, uzun müddət axtarışdan sonra şəhidimizin nəşi tapılıb.

Nəşin şəhid zabitimizə məxsus olduğu DNK analizi ilə təsdiqlənib. Şəhidimiz sabah Göygöldə torpağa tapşırılacaq.

Ailəsi Elnur Cəbrayılovla sonuncu dəfə oktyabrın 12-də əlaqə saxlaya bilib. Bir gün sonra isə kapitan Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüşə girib.

Göygölün Çaylı kəndində anadan olan 40 yaşlı zabitimiz ailəlidir, iki övladı yadigar qaldı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"