Millimizin sabiq qapıçısı Rusiya klubunda?

15 Yanvar 2021 15:40 Bizimkilər 798
Millimizin sabiq qapıçısı Rusiya klubunda?

Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Rusiyada çalışa bilər.

Sportimfo.az “Championat” nəşrinə istinadən xəbər verir ki, SSKA klubu onu komandaya cəlb etmək istəyir. 48 yaşlı mütəxəssisin Mosvka klubunda qapıçılar üzrə məşqçi olmağa əsas namizəd olduğu bildirilib.

Qeyd edək ki, millimizin keçmiş qapıçısı yığmamızdan əvvəl “Neftçi” və “Qəbələ” klublarında da məşqçilik edib.

Digər Xəbərlər
Xəbər Lenti