İtkin düşən zabitimizin də şəhid xəbəri gəldi - FOTO

15 Yanvar 2021 02:10 Bizimkilər 1 190
İtkin düşən zabitimizin də şəhid xəbəri gəldi - FOTO

Vətən müharibəsində itkin düşmüş baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı şəhidimiz Fəxri Xiyabanda torpağa tapşırılıb.

Lənkəran şəhərindən olan Həsanağa Abdullazadə ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlaya bilmişdi. Evin tək övladı olan şəhid zabitimiz 2019-cu ildə ailə həyatı qurub.

O, Vətən müharibəsinə Göygöldə yerləşən N saylı hərbi hissənin Qərargah rəisinin müavini kimi qatılıb. Baş leytenant Abdullazadə Murovdağ, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı