“Qarabağ”dan Azərbaycan futboluna daha bir fayda

4 Dekabr 2020 13:20 Azərbaycan Futbolu 787
“Qarabağ”dan Azərbaycan futboluna daha bir fayda

Avropa Liqasının qrup mərhələsində ilk xalını qazanan “Qarabağ” Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb.

Sportinfo.az xəbər verir ki, V turda Təl-Əviv “Makkabi”si ilə qeydə alınan 1:1 hesablı heç-heçə ölkəmizə 0,250 xal qazandırıb.

Bununla da cari mövsümün ümumi qazancı 2,500-ə yüksəlib. Bunun 1,625-i “Qarabağ”ın aktivindədir. Azərbaycan üçün “Neftçi” 0,500, “Keşlə” 0,250, “Sumqayıt” 0,125 xal gətirib.

Son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA reytinqindəki xalımız 16,875-ə çatıb. Bu, 26-cı pillədə qərarlaşan Azərbaycanın mövqeyini dəyişməsi üçün yetərli olmayıb.

Qonşu pillələrdə qərarlaşan ölkələrlə fərqi böyük olan ölkəmiz elə indiki mövqeyində qalıb. Bu sıralama avrokubokların 2022/23 mövsümündəki klub bölgüsündə istifadə olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı