"Xocalı”nı artıq dünyada tanıtmaq hədəfimiz olacaq" - FOTOLAR

22 Noyabr 2020 15:00 Azərbaycan Futbolu 621
"Xocalı”nı artıq dünyada tanıtmaq hədəfimiz olacaq" - FOTOLAR

“Xocalı” Uşaq Futbol Klubunun 1 yaşı olub.

Sportinfo.az xəbər verir ki, komanda bir yerə yığışaraq yaranma gününü qeyd edib.

Uşaq futbol klubunun təsisçisi İlkin Hacızadə də bu barədə fikirlərini bildirib: “Xalqımızı böyük qələbə münasibətilə təbrik edirəm. Ali Baş Komandana və ordumuza təşəkkür edirəm.

Şəhidlərin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa, qalanlara can sağlığı arzulayıram. Klubumuzun bir yaşı tamam olur və bu xoş günlərə təsadüf edir.

Qarabağımızı düşmən tapdağından azad eləmişik. Böyük qürur hissi keçiririk. Hər kəsin həyatında gözəl andır və böyük sevinc hissi keçiririk.

Mən əvvəlki müsahibəmdə də qeyd etmişdim ki, məqsədim şaq futboluna dəstək olmaq, sağlam rəqabət yaratmaqdır. Əsas məqsədlərimizdən biri də Xocalı şəhərində oynamaq, orada matçlar keçirməkdir. 19 yaşlılarda və digər liqalarda uğur qazanmaqdır.

Beynəlxalq arenalarda Xocalı adını tanıtmaq əsas hədəflərimizdəndir. Torpaqlarımızı geri almışıq və “Xocalı” FK-nı artıq dünyada tanıtmaq hədəfimiz olacaq.

Fürsətdən istifadə edib “Qarabağ” klubunu da təbrik edirəm və tezliklə oyunlarını imarətdə keçirməyi arzulayıram. Qurban Qurbanov başda olmaqla bütün komandaya uğurlar arzu edirəm”.

Xəbər Lenti